İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik etdi

İlham Əliyev Yunanıstan Prezidentini milli bayram münasibətilə təbrik etdi
25.03.2026 11:18 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasoulası Yunanıstanın milli bayramı münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:

"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər