İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev "Rebuild Karabakh-2025" sərgisinin iştirakçılarına müraciət ünvanladı
14.10.2025 11:06 Xarici siyasət

Prezident İlham Əliyev Bakıda keçirilən 5-ci Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisinin ("Rebuild Karabakh-2025") iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciəti tədbirin aparıcısı Mətin Axundov oxuyub.

Mətndə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Sizi 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"‒ "Rebuild Karabakh" sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Bu il biz "Xəzər İnşaat Həftəsi" çərçivəsində 5-ci "Rebuild Karabakh" və 30-cu "Azərbaycan Beynəlxalq İnşaat "Baku Build" yubliyey sərgilərini keçiririk.

Builki 5-ci "Rebuild Karabakh" sərgisi Azərbaycan Respublikasının dövlətçilik tarixində əlamətdar bir dövrə – suverenliyimizin və milli birliyimizin təcəssümü olan mühüm ildönümlərinə təsadüf edir. Biz Konstitusiyamızın qəbulunun otuz illiyini və Vətən müharibəsində qazandığımız tarixi Zəfərin beş illiyini böyük qürur hissi ilə qeyd edirik. Əldə etdiyimiz bütün bu nailiyyətlər xalqımızın sarsılmaz iradəsini, həmrəyliyini və strateji hədəflərə doğru irəliləmək əzmini təsdiq etməklə yanaşı, bizi həm də yeni bir missiya – Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ətrafında səfərbər edir.

Hazırda "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə uğurla aparılan genişmiqyaslı bərpa və quruculuq işləri regionun simasını köklü şəkildə dəyişir. Müasir şəhərsalma konsepsiyalarına uyğun şəhərlər salınır, yeni məktəblər, xəstəxanalar, yol-nəqliyyat və kommunikasiya infrastrukturu inşa olunur, iş yerləri açılır, yaşıl enerji zonaları və sənaye parkları yaradılır. Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır.

"Rebuild Karabakh" sərgisinin yerli və beynəlxalq iştirakçılar üçün əhəmiyyətinin ildən-ilə artması məmnunluq doğurur. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər təqdim olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafı üçün gələcəyə yönələn yeni fürsətlər yaradılır. Artıq beşinci dəfə keçirilən bu tədbir Azərbaycanın əldə etdiyi nailiyyətləri dünyaya nümayiş etdirməklə yanaşı, ölkəmizin qlobal miqyasda investisiya, texnologiya və innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Hər il keçirilən bu mötəbər sərgi davamlı quruculuğun, tərəqqinin və sülhün reallığını təcəssüm etdirən, eyni zamanda, gələcəyə istiqamətlənmiş önəmli tədbirdir. Burada qurulan tərəfdaşlıqlar insanlar və xalqlar arasında qarşılıqlı etimadı möhkəmləndirir, yeni əməkdaşlıq körpüləri yaradır və Qarabağı dayanıqlı inkişaf gündəliyinin mərkəzinə çevirir.

Əminəm ki, bu sərgi bütün iştirakçılar arasında tərəfdaşlıq münasibətlərinin qurulmasına, müasir inkişaf və investisiya təşəbbüslərinin müəyyən edilməsinə təkan verərək Qarabağın, eləcə də bütün regionun dirçəldilməsi baxımından bundan sonra da vacib rol oynayacaqdır.

Bu xoş fürsətdən istifadə edərək, 5-ci yubiley sərgisi münasibətilə bütün təşkilatçıları və iştirakçıları bir daha ürəkdən təbrik edir, "Rebuild Karabakh" sərgisinə qarşıdakı illərdə də uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər