İlham Əliyev: "Potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir"

Xarici siyasət

22.04.2026 21:20

Azərbaycanla Latviya arasında müdafiə sənayesi də müzakirə olunub.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes-forumunda deyib.

"Müzakirə etdiyimiz və bəlkə də potensial əməkdaşlıq sahəsi olacaq məsələlərdən biri də müdafiə sənayesidir", - İlham Əliyev bildirib və əlavə edib ki, iki ölkənin bu sahədə imkanları fəal şəkildə inkişaf etdirilir:

"Bizə gəldikdə isə biz müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərəmizin, - söhbət özəl və dövlət şirkətlərindən gedir, - məhsullarını böyük sayda ölkələrə artıq ixrac edirik. Beləliklə birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması bizim nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər. Bir çox digər məsələlər də var".

TodayPress TV

tag: Azərbaycan, latviya, Forum, Əməkdaşlıq, todaypress.tv,