İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sülh reallıqdır

Xarici siyasət

04.05.2026 12:37

Bu gün Azərbaycan və Ermənistan arasında sülh reallıq təşkil edir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bəyan edib.

"Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh içində yaşamağı yenicə öyrənirik. Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə biz – Ermənistan və Azərbaycan liderləri – birgə bəyannamə imzaladıq. ABŞ Prezidenti Donald Tramp da, artıq qeyd olunduğu kimi, onu şahid qismində imzaladı", - İlham Əliyev qeyd edib.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,İrəvan,Çıxış,Todaypress.tv,