Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə görüşdü

Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri ilə  görüşdü
27.03.2026 11:20 Xarici siyasət

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib.

“Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq.

Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.

TodayPress TV


XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər