Hikmət Hacıyev Şuşada Qazançı kilsəsindən görüntülər paylaşdı - VİDEO

Hikmət Hacıyev Şuşada Qazançı kilsəsindən görüntülər paylaşdı - VİDEO
02.05.2026 10:49 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsi ilə bağlı paylaşım edib.

TodayPress TV xəbər verir ki, o, paylaşımda kilsənin ilkin memarlıq üslubuna uyğun şəkildə bərpa olunduğunu bildirib.

"Kilsə orijinal memarlıq üslubuna uyğun olaraq bərpa edilib. Azərbaycan Respublikası ərazisindəki bütün qanuni tikililər, eləcə də tarixi, mədəni və dini abidələr milli qanunvericiliyə uyğun olaraq qorunur, qorunur və bərpa olunur"- paylaşımda bildirilib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər