Ermənistan MTX-nın direktoru Bakıya gəldi-YENİLƏNDİ

Ermənistan MTX-nın direktoru Bakıya gəldi-YENİLƏNDİ
19.09.2025 21:00 Xarici siyasət

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Simonyanın göyərtəsində olduğu təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Onun 19-21 sentyabr tarixləri arasında Bakıda olacağı bildirilir.

***

15:33

Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, beynəlxalq forum 19–21 sentyabr tarixlərində Bakıda baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər