Elnur Məmmədov Monqolustanın səfiri ilə görüşdü
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Monqolustanın Azərbaycandakı səfiri Qombosuren Munxbayar ilə görüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş çərçivəsində tərəflər iqtisadiyyat və ticarət də daxil olmaqla müxtəlif sahələrdə Azərbaycan-Monqolustan münasibətlərinin və əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə ediblər.