Elçin Əmirbəyov Vatikanda SƏFƏRDƏDİR
Xarici siyasət
28.04.2026 13:29
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vatikana işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Vatikandakı səfirliyi "X" hesabında paylaşım edib.
Məlumata görə, E.Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul Richard Gallagher ilə danışıqlar aparıb.
Müzakirələr Azərbaycan-Vatikan dövlətlərarası münasibətlərinə və bu münasibətlərin siyasi və humanitar sahələrdə uğurlu inkişafına həsr olunub.
Eləcə də Cənubi Qafqazda sülh və rifah perspektivləri, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.
Vatikana işgüzar səfəri çərçivəsində 🇦🇿 Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Müqəddəs Taxt-Tacın Dövlət katibi (Baş nazir), kardinal Pietro Parolin və Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katib (xarici işlər naziri), arxiyepiskop Paul… pic.twitter.com/s391wXeWUs
— Ambasciata dell'Azerbaigian presso la Santa Sede (@AzEmbVatican) April 28, 2026
tag: Elçin Əmirbəyov,Vatikan,Görüş,Səfər,Todaypress.tv,
