Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər etdi

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər etdi
18.03.2026 22:40 Xarici siyasət

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.

TodayPress TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Ceyhun Bayramovu Kral Xalid Beynəlxalq Hava Limanında bu ölkənin xarici işlər nazirinin müavini Vəlid əl-Xarici qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər