Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Xarici siyasət

28.04.2026 09:41

Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.

TodayPress TV xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Çexiyanın Baş naziri Andrey Babişi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər yola saldılar.

TodayPress TV

tag: Çexiya,Baş nazir,Andrey Babiş,Səfər,Todaypress.tv,

photo
photo