Çexiyanı azad torpaqlarda nə cəzb etdi? - Baş nazirdən mövqe

Xarici siyasət

27.04.2026 20:30

"Çexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdırmaq niyyətindədir".

TodayPress TV xəbər verir ki, bunu bu gün Azərbaycana rəsmi səfəri çərçivəsində Çex Respublikasının Baş naziri Andrey Babiş yerli medialara müsahibəsində deyib.

O, bu məsələni Azərbaycan Prezidenti ilə müzakirə etdiklərini və layihələrdə iştirak etməyə hazır olduqlarını bildirib.

“Bu ərazilərdə investisiya imkanlarını araşdırmaq niyyətindəyik”, - deyə Andrey Babiş vurğulayıb.

Çex Respublikasının Baş naziri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindən də danışıb.

O qeyd edib ki, Azərbaycan-Ermənistan normallaşma prosesi Çexiyanı sevindirir:

“Bu proses bizi sevindirir. Münasibətlərin normallaşması və regionda gərginliyin azalması müsbət haldır və biz bunu dəstəkləyirik”.

TodayPress TV

tag: Azərbaycan,Çexiya,Andrey Babiş ,TodayPress TV,