Bu ölkədə "ASAN xidmət" modeli tətbiq olunacaq

Xarici siyasət

28.04.2026 14:20

“Azərbaycan Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında Qvineya Respublikasında “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş” təsdiq edilib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qvineya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Qeyd edək ki, sözügedən saziş 2026-cı il martın 16-da Bakı şəhərində imzalanıb.

TodayPress TV

tag: Prezident,İlham Əliyev,Fərman,İmza,Todaypress.tv,