Bayramovun bəyanatı Ermənistanı silkələdi: Buna görə...
Xarici işlər naziri Ceyhun Bayramovun sülh müqaviləsi ilə bağlı son bəyanatı Ermənistanın daxili siyasi gündəmində ciddi rezonans doğurub.
TodayPress TV xəbər verir ki, nazir açıq şəkildə Ermənistan Konstitusiyası dəyişdirilməyənə qədər rəsmi Bakı İrəvanla sülh müqaviləsi imzalamayacaq deyə bəyan edib.
Ceyhun Bayramov Ermənistanın ali qanununda Azərbaycana qarşı açıq ərazi tələblərinin yer aldığını deyərək, sülh sənədinin imzalanmasından əvvəl mütləq konstitusiya islahatlarının edilməli olduğunu vurğulayıb.
Rəsmi Bakının bu qəti mövqeyi, 7 iyun parlament seçkilərindən sonra daxili sabitlik axtarışında olan İrəvanda növbəti gərginlik dalğasına səbəb olub.
Müqavilə layihəsi üzrə işlərin gedişatına toxunan XİN rəhbəri, Azərbaycanın sənədin özünə aid hissəsini tamamilə yekunlaşdırdığını və tərəflər arasında danışıqlar prosesinin davam etdiyini diqqətə çatdırıb.
Nazir həmçinin ictimaiyyəti maraqlandıran digər bir həssas mövzuya — "anklav kəndlər" məsələsinə də toxunub və bu problemin davam edən prosesin bir hissəsi olaraq həllini tapacağını bildirib.
Xatırladaq ki, Azərbaycan tərəfi Ermənistandakı konstitusiya dəyişikliklərini sülh üçün dəfələrlə əsas ilkin şərt kimi irəli sürüb. Xarici işlər nazirinin bu açıqlamaları Ermənistan siyasi "elita"sını narahat edir.
Jalə Rövşən