Bayramov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ

Xarici siyasət

01.05.2026 17:33

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.

Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.

Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

***

16:24

Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramov ilə Abbas Əraqçi telefonla Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.

TodayPress TV bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, bu gün səhər saatlarında Əraqçinin türkiyəli həmkarı və Yaxın Şərqin bir sıra ölkələrinin - Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.

Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.

TodayPress TV

tag: Ceyhun Bayramov,Abbas Əraqçi,Yaxın Şərq,Müzakirə,Todaypress.tv,