Baş nazir: Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur
Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
TodayPress TV xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
“Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə inkişaf edir”, - deyə Baş nazir vurğulayıb.