Balıkesirdə baş verən zəlzələdə xəsarət alanlar arasında azərbaycanlılar olub? - RƏSMİ
Türkiyənin Balıkesir vilayətində baş verən zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə Azərbaycan XİN-ə məlumat daxil olmayıb.
Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, oktyabrın 27-si yerli vaxtla saat 22:48-də Türkiyənin Balıkesir vilayətinin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ nəticəsində dörd bina uçub. Hadisə zamanı 19 nəfər xəsarət alıb, onlardan 4-ü artıq evə buraxılıb.
Qiymət Mahir