Azərbaycanın UNESCO-dakı fəal rolu müzakirə olundu

Azərbaycanın UNESCO-dakı fəal rolu müzakirə olundu
31.03.2026 22:00 Xarici siyasət

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev UNESCO-nun yeni təyin olunmuş Baş direktorunun müavini xanım Asa Reqner ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

Müzakirələr Azərbaycanın UNESCO-dakı fəal rolu, gender bərabərliyi, təhsil, UNESCO80 təşəbbüsü və gələcək əməkdaşlıq perspektivləri üzərində cəmləşib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər