Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini Niderland XİN-ə təqdim etdi

Azərbaycanın Belçikadakı səfiri etimadnaməsini Niderland XİN-ə təqdim etdi
28.08.2026 22:17 Xarici siyasət

Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün mən Etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, M. Əhmədzadə avqustun 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

XƏBƏR LENTİ
28 AVQUST 2026
Bütün Xəbərlər