Azərbaycan XİN: Çanaqqala şəhidlərinin xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin xatirəsini dərin hörmətlə anırıq
18.03.2026 14:46 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anıb.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik "X" hesabında məlumat yayıb.

"18 Mart – Çanaqqala Zəfəri Günüdür. Çanaqqala müharibəsində böyük fədakarlıq göstərmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq. Onların göstərdiyi şücaət və birlik ruhu Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq əlaqələrinin sarsılmaz təməlini təşkil edir. Ruhları şad olsun!", - deyə paylaşımda qeyd edilib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər