Andrey Babiş Azərbaycana gəlir

Xarici siyasət

26.04.2026 17:46

Bu gün Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlir.

TodayPress TV xəbər verir ki, bu barədə siyasətçi rəsmi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Azərbaycan Avropa İttifaqından xaricə ilk rəsmi səfərim yeni başlayır", - o vurğulayıb.

Qeyd edək ki, səfər regional xarakter daşıyır və Çexiya hökumətinin başçısı Qazaxıstan və Özbəkistanda da səfərdə olacaq.

Səfər zamanı Nazirlər Kabinetinin başçısını Çexiyanın Baş nazirinin birinci müavini - sənaye və ticarət naziri Karel Havliçek (Karel Havlíček), həmçinin çexiyalı iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.

Çexiya nümayəndə heyəti Bakı, Astana və Daşkəndə səfər edəcək. Səfər proqramında biznes-forumların, tematik seminarların, B2B və B2G formatlarında netvörkinq tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Bu görüşlərin məqsədi yeni işgüzar əlaqələrin qurulmasını və ev sahibliyi edən ölkələrin sahibkarlıq icması ilə əməkdaşlığın genişləndirilməsini dəstəkləməkdir.

TodayPress TV

tag: Andrey Babiş ,Azərbaycan,Çexiya,Astana ,Todaypress.tv,