115 min insan "şəhərləşmə"yə qoşuldu

115 min insan "şəhərləşmə"yə qoşuldu
22.05.2026 13:30 Xarici siyasət

WUF13 yalnız forum məkanı ilə məhdudlaşmayıb, müxtəlif şəhərlərdə keçirilən tədbirlərlə 115 mindən çox insanı dayanıqlı şəhər inkişafı müzakirələrinə cəlb edib.

TodayPress TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, WUF13 konfrans məkanından kənara da genişlənərək Bakı Şəhər Həftəsi, 55 tədbir və “Move Certain Festival” vasitəsilə doqquz şəhəri əhatə edib.

Komitə sədrinin sözlərinə görə, ümumilikdə 115 mindən çox insan dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrə qoşulub.

Anar Quliyev qeyd edib ki, forum qlobal miqyasda da geniş görünürlük qazanıb və 1000-dən çox akkreditə olunmuş media nümayəndəsinin dəstəyi ilə forumun mesajları dünya auditoriyasına çatdırılıb:

“Gənclərin iştirakı WUF13-ün əsas fərqləndirici cəhətlərindən biri oldu. Forumun təşkili və fasiləsiz fəaliyyəti üçün 12 min könüllü çalışdı. Bu, Azərbaycan gənclərinin peşəkarlığını, qonaqpərvərliyini və dinamizmini nümayiş etdirdi. Gənclərin iştirakı bilik mübadiləsi, bacarıqların inkişafı və qlobal şəhər proseslərində daha güclü iştirak baxımından WUF13-ün ən dəyərli irslərindən biri hesab oluna bilər”.

Komitə sədri əlavə edib ki, forum çərçivəsində bir sıra yeni təşəbbüslər də irəli sürülüb.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə WUF13 çərçivəsində “Yeni Şəhər Gündəliyinə həyat vermək: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı yüksək səviyyəli forum təşkil olunub.

Anar Quliyev bildirib ki, tədbirdə təmiz hava və yaşıl infrastrukturun dayanıqlı şəhər inkişafının və sağlam yaşayış mühitinin əsas komponentləri olduğu vurğulanıb.

O qeyd edib ki, görüşün yekununda qəbul edilən kommünikedə beynəlxalq ictimaiyyətə gələcək Ümumdünya Şəhərsalma Forumlarında təmiz havanın daimi tematik prioritet kimi tanınması çağırışı edilib.

Komitə sədri əlavə edib ki, “Təhlükəsiz Qayıdış üçün Ağıllı və Dayanıqlı Məskunlaşmalar Paketi” (4SRB) praktiki bərpa mexanizmi kimi təqdim olunub və bu təşəbbüs iqlimə davamlı, ekoloji baxımdan dayanıqlı, sülhü təşviq edən və insan mərkəzli şəhər bərpası üçün inteqrasiya olunmuş həllərin hazırlanmasına mühüm töhfə verir. Xüsusilə də həssas və postmünaqişə şəraitində bu yanaşmanın əhəmiyyəti vurğulanıb.

Anar Quliyev çıxışını belə yekunlaşdırıb: “Hörmətli media nümayəndələri, WUF13 yalnız konfrans deyil, bu, fəaliyyət platformasıdır”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər