İranda “Hollivud filmi” kimi əməliyyat – ABŞ pilotlarını necə xilas etdi?
Təhlil
06.04.2026 16:14
Bir neçə gün öncə İran üzərində ABŞ-yə məxsus “F-15 Eagle” qırıcısının vurulması fonunda pilotlardan biri Xuzistan, digəri isə İsfahan yaxınlığında yerə endi. ABŞ qüvvələri isə pilotların tapılması üçün helikopterlər, pilotsuz uçuş aparatları və digər vasitələrlə xilasetmə əməliyyatı həyata keçirdilər.

Maraqlıdır, əməliyyatın nəticələri çox müzakirələrə səbəb oldu. Əsas sual isə budur: Hansı hərbi yeniliklərlə yadda qaldı?
Nəzərə almaq lazımdır ki, İsfahan İranın nüvə proqramının ürəyidir. Bir pilotun xilası üçün ölkənin 300 km dərinliyinə helikopterlər və PUA-larla girmək hərbi baxımdan çox risklidir. Müzakirə olunan digər mövzular — "uranın oğurlanması" və ya "materialların ələ keçirilməsi" tezisləri də kifayət qədər məntiqlidir. Çünki xilasetmə əməliyyatı adı altında xüsusi təyinatlılar nüvə obyektlərinin mühafizə sistemini barədə yaxından məlumat toplaya bilərlər.
Bu əməliyyat, həmçinin İrana göstərdi ki, onun hava məkanı hələ də özünün ixtiyarında deyil. İran bu sızmadan sonra İsfahan və ətrafındakı strateji obyektlərin mühafizəsini SEPAH-ın xüsusi qanadlarına həvalə edə bilər.

ABŞ pilotlarını xilas etdi, indi isə əməliyyatın məlumatları əsasında "İranın dərinliklərində 3-4 günlük quru əməliyyatı keçirmək mümkündürmü?" sualına cavab axtarır.
Müzakirələri göstərir ki, heç kim bu əməliyyatların "xilasetmə" məqsədli olduğuna inanmır. Bu, "nüvə obyektlərinə birbaşa müdaxilənin" ilk praktiki sınağı idi. Əgər doğrudan da uran materiallarının sızdırılması baş veribsə, bu, yaxın günlərdə diplomatik masada və ya yeni hərbi zərbələrdə özünü göstərəcək.
Qiymət Mahir
tag: ABŞ,SEPAH,İran,F-15 Eagle,Todaypress.tv,
