Leysan yağır, işçilər yolu süpürür - Təhlükəsizlik sual altında

Leysan yağır, işçilər yolu süpürür - Təhlükəsizlik sual altında
08.09.2026 16:09 Sosial

Bakıda yağan güclü leysan zamanı Nizami rayon Mənzil-Kommunal İdarəsinin əməkdaşlarının Heydər Əliyev prospektində yolun təmizlənməsi işlərinə cəlb edilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, sosial şəbəkədə yayılan paylaşımda qeyd olunur ki, güclü yağış və məhdud görünüş şəraitində işçilər prospektdə yol süpürməyə məcbur ediliblər. 

Hərəkətdə olan avtomobillərin yoldakı suyu işçilərin üzərinə sıçratdığını və vəziyyətin onların təhlükəsizliyi baxımından risk yaratdığı bildirilib.

Qeyd edək ki, paylaşımda səsləndirilən iddiaların nə dərəcədə əsaslı olduğu və işçilərin həmin ərazidə hansı səbəbdən fəaliyyət göstərdiyi ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb. 

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu göndərilib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Leysan yağır, işçilər yolu süpürür - Təhlükəsizlik sual altında — 1
XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər