Gənc oğlan və qız dəm qazından zəhərləndi - BİRİ ÖLDÜ

Sosial

29.04.2026 12:05

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.

TodayPress TV xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

TodayPress TV

tag: Bakı,Qız,Oğlan,Dəm qazı,Zəhərlənmə,Todaypress.tv,