DİQQƏT! Ucuz mənzillər belə satışa çıxarılır
Sosial
16.03.2026 12:18
Sosial layihələr çərçivəsində bazar qiymətindən xeyli ucuz mənzillər satışa çıxarılır. Nəticədə insanlar sərfəli qiymətlə ev sahibi olurlar.
Bəs belə evlərin keyfiyyətinə nə qədər etibar etmək olar?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan əmlak eksperti Elnur Azadov bildirib ki, belə layihələr qazanc məqsədilə tikilmir:
![]()
“Tikinti şirkətləri əlbəttə ki, bununla qazanc əldə edirlər. Üstəlik, tikinti şirkətləri torpaq üçün müəyyən dəyər ödəyir, ya da fərdi şəkildə torpaq alırlar. Amma burada dövlət layihəsi olduğu üçün dövlət onu kimdənsə almır, dövlət balansında olan torpaq sahəsi ayrılır və üzərində tikinti-quraşdırma işi aparılır”.
Ekspert vurğulayıb ki, layihələrin maya dəyəri böyük həcmli tikinti olduğu üçün kommersiya layihələrinə nisbətən daha ucuz olur:
![]()
“Keyfiyyət nisbətən zəif ola bilər. Sözsüz ki, bu gün bazarda olan kommersiya layihələrinin mənzil satışı keyfiyyəti ilə müqayisə olunmur. Bunun əsas səbəbi odur ki, dövlət bu tip tikinti layihələrində tender elan edir və tenderdə ən ucuz qiyməti təklif edən tərəf qalib gəlir. Nəticədə burada daha ucuz, aşağı keyfiyyətli materiallar istifadə olunur. Materiallar qənaətbəxşdir deyə bilərik. Sosial layihələrdə, ən azı minimal qiymət saxlanılır ki, dövlət bunun marağında olsun, vətəndaş isə ev alarkən daha çox pul qənaət etsin”.
Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, bu layihələr yaşayış imkanları aşağı olmayan vətəndaşlar üçün nəzərdə tutulub.
Türkan İsgəndərli
tag: Elnur Azadov,Ekspert,Mənzil,Satış,Todaypress.tv,
