Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi
01.09.2026 11:37 Sosial

Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, “Berkaber” qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, partlayış işləri saat 13:00-dan 18:00-dək həyata keçiriləcək. Bu müddətdə kənddən təxminən 1 kilometr şərqdə 10 partlayışın həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Bibiş kəndi Ermənistanın Tavuş vilayətində, Azərbaycanla sərhədə yaxın ərazidə yerləşir.

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər