Azərbaycanda “iPhone 18" 8 999 AZN-ə satılacaq? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda yeni nəsil “iPhone 18” smartfonlarının ilkin ön sifarişlərinin başladığı və “iPhone 18 Pro” ilə “iPhone 18 Pro Max” modellərinin 6 199 AZN-dən 8 999 AZN-dək qiymətə təklif olunduğu barədə məlumatlar yayılıb.
TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan ön sifariş elanlarında yeni “iPhone” modellərinin qiymətlərinin yaddaş həcmindən asılı olaraq dəyişdiyi bildirilir.
Xüsusilə 8 999 AZN-lik qiymət sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı TodayPress TV “iPhone” məhsullarının Azərbaycandakı rəsmi satış tərəfdaşlarından biri olan "iSpace"ə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, hazırda “iPhone 18” modellərinin qiymətləri ilə bağlı hər hansı rəsmi və dəqiq məlumat mövcud deyil və bu iddialar əsassızdır.
Qeyd edək ki, "iPhone 18" seriyasının Pro və flaqman modellərinin 2026-cı ilin sentyabr ayında, standart və digər əsas modellərin isə 2027-ci ilin əvvəlində (yaz aylarında) təqdim olunması gözlənilir.
Türkan İsgəndərli