Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNDİ 2

Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNDİ 2
25.06.2026 14:11 Sosial

Saat 14:00-a olan ilkin göstəricilərə əsasən, 2534 nəfər könüllü donor qan verib.

TodayPress TV xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Toplanmış qanın həcmi isə 1140,3 litr təşkil edib.

TodayPress TV

***

12:11

Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.

Səhiyyə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb.

Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

TodayPress TV

***

10:44

Bu gün səhər saat 10:00-a olan məlumata görə, 486 nəfər qanvermə aksiyasında iştirak edib.

TodayPress TV xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Təzəpir məscidində Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il də azad olunmuş ərazilərdə - Şuşa və Ağdam şəhərindəki məscidlərdə qanvermə aksiyası təşkil olunub:

"Ümumilikdə ölkə üzrə 30 şəhər-rayon üzrə 40 müəssisədə bu aksiya həyata keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, 1-i isə təhsil müəssisədir".

İcraçı direktor bildirib ki, aksiya saat 16:00-dək davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər