Varşavada ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirildi

Varşavada ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirildi
17.10.2025 11:21 Siyasət

Cari ilin 7-17 Oktyabr tarixlərində Polşanın paytaxı Varşavada ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirilib.

TodayPress TV xəbər verir ki, konfransda ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələri, ATƏT institutları və digər icra strukturları, hökumətlərarası təşkilatlar, QHT nümayəndələri iştirak edib. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Konfransın irqçilik, ksenofobiya, ayrı-seçkilik, dini dözümsüzlük, insan alveri və fundamental azadlıqlar kimi qlobal problemləri əhatə edən üç plenar sessiyasında çıxış edib. O, çıxışlarında bir sıra ölkələrin müstəmləkəçilik və neokolonial siyasətlərini hələ də davam etdirdiyini təəssüflə qeyd edərək, bunun acı nəticələrinə dair real faktları iştirakçıların diqqətinə çatdırıb.

Bu xüsusda, Belçikanın Afrikada törətdiyi vəhşilikləri yada salaraq, Konqonu istismarın və insan əzabının ən dəhşətli nümunələrindən biri kimi təqdim edib. O, Afrikada həyata keçirilmiş insanlıq əleyhinə cinayətlərin hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımi şəkildə qiymətləndirilməməsini ədalətsizlik adlandırıb. Həmçinin, Belçikanın Konqodakı kolonial dövründə yerli dinləri məhv etmək və ya mədəni normaları zorla tətbiq etdiyini, bunun nəticəsində bu günə qədər davam edən dərin mədəni və mənəvi yaraların qaldığını qeyd edib.

Abbas Abbasov eyni zamanda Fransanın dənizaşırı ərazilərində – Kanaki-Yeni Kaledoniya, Qvadelup, Martinik və Mayot kimi bölgələrdə – yerli xalqların ikinci dərəcəli vətəndaş statusunda yaşadığını bildirib. O, Qvadelup və Martinikdə Karib hövzəsinin Afrika mənşəli əhalisinin qərar qəbulu proseslərindən sistemli şəkildə kənarlaşdırıldığını və bərabər iqtisadi imkanlardan məhrum edildiyini vurğulayıb. Mayot adasında isə əhalinin əksəriyyətini təşkil edən müsəlmanların məqsədyönlü şəkildə təcrid siyasətinə məruz qaldığını, adanın hərbiləşdirilmiş qalaya çevrildiyini qeyd edib. O, əlave edib ki, Fransız Qvianası və Reyunyonda iqtisadi asılılıq, işsizlik və ekoloji fəlakətlər yerli əhalini məcburi köçkünlüyə və insan alveri şəbəkələrinin hədəfinə çevirib. Bu ərazilərdə insan alveri müasir dövrdə kolonial köləliyin davamıdır.

TodayPress TV

FOTOLAR

Varşavada ATƏT-in Varşava İnsan Ölçüsü Konfransı keçirildi — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Bütün Xəbərlər