Sahibə Qafarova PAİ-nin 152-ci Assambleyası çərçivəsində ümumi müzakirələrə sədrlik etdi

Siyasət

17.04.2026 20:17

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində keçirilən ümumi müzakirələrə sədrlik edib.

Bu barədə Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə bildirilib.

Qeyd edilib ki, müzakirələrdə İraq Nümayəndələr Şurasının sədri Haibat Hamad Abbas al-Halbusi, Avstraliya Nümayəndələr Palatasının sədri Duqald Milton Dik, Niger Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey, Ermənistan parlamentinin sədri Alen Simonyan, Nepal Milli Assambleyasının sədri Narayan Prasad Dahal, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Angela Tokozile Didiza, Fələstin Milli Şurasının sədri Ravi Fattouh və digərləri çıxış edərək müzakirə olunan mövzularla bağlı fikirlərini bildiriblər.

TodayPress TV

tag: Sahibə Qafarova,Milli Məclis,Haibat Hamad Abbas,TodayPress TV,