Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb
Regionda sülh gündəliyi məhz Azərbaycanın təşəbbüsü ilə başladılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edərkən bildirib.
Dövlət başçısı sülh gündəliyinin irəli aparılması üçün Azərbaycanın səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.
Prezident İlham Əliyev
Almaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölken
Sülh
Region
Todaypress.tv