Planın üstü açıldı: Türkiyəni türk dünyasından ayırmaq prosesi başladı

Planın üstü açıldı: Türkiyəni türk dünyasından ayırmaq prosesi başladı
16.10.2026 11:15 Siyasət

Türkiyə ilə Azərbaycan arasında cərəyan edən proseslərlə bağlı müxtəlif ehtimallar səsləndirilir. Lakin Türkiyə mediasının təhlili də göstərir ki, müəyyən informasiya manipulyasiyalarının mənbəyi elə qardaş ölkənin daxilindəki bəzi dairələrə gedib çıxır.

Xüsusilə Bakıda keçirilən mötəbər beynəlxalq tədbir zamanı formalaşdırılan süni polemikalar və sonradan digər türk dövlətlərinin hədəfə alınması Türkiyə mətbuatının bəzi qanadlarında qabarıq şəkildə ön plana çıxarılmaqdadır. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan kimi Orta Asiyanın türk dövlətlərinin nümayiş etdirdiyi balanslı, diplomatik və çoxtərəfli əməkdaşlıq prinsiplərinə söykənən rasional xarici siyasət xətti Türkiyədəki sifarişli yazılarda qərəzli şəkildə qınaq obyektinə çevrilməyə başlayıb.

Yaranmış mənzərə göstərir ki, sifarişli media beynəlxalq platformada iştirak edən tərəflər arasında süni ideoloji sədlər çəkməyə, fərqli diplomatik yanaşmaları geosiyasi ziddiyyət kimi təqdim etməyə çalışır. Bir tərəfdə sırf regional və emosional bəyanatlarla çıxış edən dairələrin mövqeyi qabardılır, digər tərəfdə isə dövlət maraqlarını, diplomatik etikanı və beynəlxalq dialoqu əsas götürən türk dövlətləri hədəf göstərilir.

Bu cür manipulyativ təbliğatın arxasında dayanan əsas niyyət Türkiyəni türk dünyasından uzaqlaşdırmaq, Türk Dövlətləri Təşkilatının artan birliyinə və gücünə zərbə vurmaqdır. Məqsəd Ankara ilə digər türk paytaxtları arasında süni ideoloji uçurum yaradaraq Türkiyəni öz tarixi köklərindən, ortaq türk geopolitik məkanından qoparmaq və onu fərqli geosiyasi qütblərin təsir dairəsinə itələməkdir.


İsmayıl Şahlı

TodayPress TV

XƏBƏR LENTİ
16 OKTYABR 2026
Bütün Xəbərlər