Norveçdə paradı, Fransada marketləri sıradan çıxardılar - şpionaj aktlarının arxasından Çin çıxdı

Norveçdə paradı, Fransada marketləri sıradan çıxardılar - şpionaj aktlarının arxasından Çin çıxdı
13.10.2026 14:12 Siyasət

Qərbin təhlükəsizlik divarlarındakı  çatlar artıq təkcə hərbi bazalarda deyil. Problem özünü adi avtomobillərdə və supermarketlərin soyuducu sistemlərində göstərir.

TodayPress TV xəbər verir ki, Norveçdə Osloda keçirilən hərbi təlim zamanı əsgərlərin istifadə etdiyi icarə avtomobillərinin onların hərəkətlərini qeydə aldığı bildirilir.

Məlumatlara görə, kameralar hərbçilərin marşrutlarını, avtomobillərə minib-düşən şəxsləri, müxtəlif məntəqələrdə qalma müddətini, hətta həssas hərbi obyektlərə giriş üçün istifadə olunan təhlükəsizlik kodlarını lentə alıb. Avtomobillərin Çin şirkəti ilə əlaqəsi məsələyə xüsusi diqqət çəkib.  


Fransada isə təhlükə başqa istiqamətdən gəlib. Məlumatlara əsasən, kiberhücum nəticəsində "Intermarché" supermarket şəbəkəsinin təxminən 150 mağazasında problem yaranıb. Hücum zamanı  mağazaların soyutma sistemləri, isitmə sistemləri olub. Bunun ərzaq itkisinə və milyonlarla avro həcmində zərərə səbəb olduğu bildirilir. 


Bunlar Qərbin təhlükəsizlik anlayışında yaranan ciddi boşluğu üzə çıxarır. Qərb dövlətləri öz hərbi bazalarını və sərhədlərini nə qədər güclü qorusalar da, mülki infrastrukturu və gündəlik texnologiyaları diqqətdən kənarda qoyurlar. Nəticədə xarici texnologiyalara asılılıq rəqib üçün açıq qapıya çevrilir. Düşmən artıq sərhəddə tank düzmür; o, icarə maşını ilə hərbi kodları öyrənir, kiber zərbə ilə ticarət şəbəkəsini çökdürür. Hələ də bu görünməz və gündəlik təhlükələrə qarşı tam immunitet qazana bilməyən Qərbin başqa ölkələrə meydan oxuması da başqa mövzudur. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər