Mina terroru davam edir: “Ermənistan sülh prosesində səmimidirsə…”

Mina terroru davam edir: “Ermənistan sülh prosesində səmimidirsə…”
27.08.2025 18:43 Siyasət

“Azərbaycan öz gücü və resursları hesabına işğaldan azad etdiyi əraziləri Ermənistanın həmin dövrdə basdırdığı minalardan təmizləməklə məşğuldur”. 

Politoloq Elşad Mirbəşiroğlu bunu TodayPress TV-yə açıqlamasında deyib. 

O vurğulayıb ki, ərazilərin minalarla çirklənməsi bölgənin bərpası və əhalinin məskunlaşdırılması prosesini ləngidir:

“Bu gün qarşıda duran əsas problemlərdən biri məhz mina təhlükəsidir. İşğal dövründə Ermənistan təxminən 1,5 milyon minanı mərtəbəli şəkildə, yəni altına əlavə partlayıcı qurğular yerləşdirməklə daha təhlükəli formada basdırıb. Bu isə təmizləmə işlərini həm çətinləşdirir, həm də daha riskli edir”.

Analitik diqqətə çatdırıb ki, Ermənistan bugünə qədər minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Verilən xəritələrin də dəqiqlik səviyyəsi cəmi 25% təşkil edir. 

“Beynəlxalq təşkilatlar isə bu istiqamətdə Ermənistana qarşı ciddi təzyiq göstərmir. Halbuki mina təhlükəsizliyi bütün dünyanı narahat edən bir məsələdir. 

1997-ci ildə qəbul olunmuş Oslo Konvensiyası piyadalara qarşı minaların istifadəsini qadağan edir. Ermənistan bu konvensiyanı pozmaqla beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini bir daha nümayiş etdirir. Buna baxmayaraq, beynəlxalq aləmdə bu pozuntuya qarşı adekvat reaksiya yoxdur. Nəticədə mina terroru Azərbaycan xalqına qarşı hələ də davam edir”. 

Onun sözlərinə görə, artıq 400-dən çox soydaşımız mina partlayışları nəticəsində ya həyatını itirib, ya da ağır yaralanıb. Bundan əlavə, əhalinin doğma torpaqlarına köçürülməsindən sonra da mina təhlükəsi onların həyatına hələ də təhdid yaradır. Ona görə də bu məsələ beynəlxalq ictimaiyyət tərəfindən daha ciddi şəkildə gündəmdə saxlanmalı və Ermənistana təzyiqlər artırılmalıdır. 

“Dünyanın digər münaqişə bölgələrində minalardan təmizləmə işlərinə beynəlxalq dəstək verildiyi halda, Azərbaycan bu işi öz gücü hesabına həyata keçirir. 1990-cı illərdə yaradılmış ANAMA bu prosesdə mühüm rol oynayır və effektiv fəaliyyət göstərir.

Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməlidir. Bu, Ermənistanın sülh prosesində nə dərəcədə səmimi olduğunu göstərəcək”, - deyə E.Mirbəşiroğlu fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, ermənilər işğal dövründə həmin ərazilərdə bir milyondan çox mina basdırmışdılar:

“2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsi başa çatdıqdan bu günədək təxminən 400 nəfər mina qurbanı olub. Minalar nəticəsində 70-dən çox insan həlak olub, qalanları isə ağır yaralanıb. Bu səbəbdən biz genişmiqyaslı bərpa işlərinə başlaya bilmirik, çünki, ilk növbədə, təhlükəsizlik təmin edilməlidir”. 

Aysel Mətləb

FOTOLAR

Mina terroru davam edir: “Ermənistan sülh prosesində səmimidirsə…” — 1
XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər