İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi
17.05.2026 14:10 Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb.

TodayPress TV məktubun mətnini təqdim edir:

"Hörmətli Oljas Süleymenov!

Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.

Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.

Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.

Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir".

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUN 2026
Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi 19:53 Zelenski təsdiqlədi: NATO sammitində iştirak edəcək 19:35 “Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir! 19:23 "Biz bu müharibədə qərəzsiz vasitəçi deyilik" - Rubio etiraf etdi 18:53 ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir 18:48 Küveyt İranın iki diplomatını ölkədən QOVDU 18:34 "Ermənistan seçim etməlidir" - Moskva İrəvanın qərarını gözləyir 18:26 Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək 18:07 Avropanın nəhəngləri Vlahoviç uğrunda yarışa qoşuldu 17:47 Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ 17:44 Gizlətmək mümkün olmadı: Küveyt hərbi bazasındakı dəhşətli dağıntı təsdiqləndi 17:39 Körfəzdə raket yağışı: 13 ballistik raket və 17 PUA 17:33 Tom Barak: Türkiyədən Yaxın Şərqə Uzanan Bir Güc Mərkəzi 17:25 Roma Papası İlham Əliyevi təbrik etdi 16:55 Tovuz təmsilçisinin avrokubok ümidləri davam edir 16:48 Ermənilərin qənimi, Bakı kriminalının unudulmuş əfsanəsi: Qoçu Tərlan - Zaur Əliyev yazır... 16:44 Hindistanlılar onları qətlə yetirən Hindistana qarşı: Bakı qırğın törədənlərdən cavab tələb edir 16:27 “Napoli” hücum xəttini gücləndirdi: Hoylund qalır 16:18 Tarix böyük münaqişələrin baş verəcəyini göstərir — Ramiz Yunus yazır... 16:06 Azərbaycan-Ermənistan sərhədində təxribat gözlənilir? 16:02 Dünyanın ən titullu futbolçusuna daha bir yüksək qiymət 15:55 Azərbaycanda vahid büdcə təsnifatı yeniləndi 15:53 Paşinyanın qarşısındakı donuz çobanına Azərbaycan şapalağı — Ağdamda bunu danışırlar... 15:38 Paşinyan əsəbiləşdi: "özünü ələ almağı" əmr etdi 15:24 Qızıl bazarında böyük fürsət: Ucuzlaşma hamını sevindirəcək! 15:16 Bütün Xəbərlər