Zəncəfilin bədənə yeni faydaları aşkarlandı

Sağlamlıq

16.10.2025 19:45

Şinşu Universitetinin alimləri zəncəfil toxumu ekstraktının bədənin təbii müdafiəsini aktivləşdirə və virus infeksiyalarına qarşı immun reaksiyasını gücləndirə biləcəyini açıqlayıblar. 

TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat “Foods” jurnalında dərc olunub.

Araşdırmaya görə, zəncəfilin isti su ekstraktı və əsas aktiv maddəsi "1,8-sineol" I tip interferonların istehsalını artırır. Bu siqnal molekulları virusları aşkar etməyə və erkən mərhələdə virusun çoxalmasını dayandırmağa kömək edir.

Laboratoriya təcrübələrində zəncəfilin sintetik dərmanlara bənzər kompleks immun reaksiyalar yaratdığı, lakin yüksək təhlükəsizlik profili ilə qida əlavəsi kimi istifadə oluna biləcəyi müəyyən edilib.

Alimlər əlavə klinik tədqiqatlar lazım olduğunu vurğulayır və zəncəfilin antiviral mübarizədə yeni imkanlar aça biləcəyini bildirirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Zəncəfil,Bağırsaq,Təbabət,İmmunitet,Todaypress.tv,