KTM-də total endoprotezləşdirmə əməliyyatı icra edildi

Sağlamlıq

02.03.2026 10:35

27.01.2026-cı il tarixində 1971-ci il təvəllüdlü şəxs (kişi) döş qəfəsi, bel və bud-çanaq nahiyəsində şiddətli ağrı və hərəkət məhdudluğu şikayətləri ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

TodayPress TV xəbər verir ki, aparılan radioloji müayinələr nəticəsində pasiyentə sağ bud sümüyü boynunun yerdəyişməli, qəlpəli sınığı diaqnozu təyin edilib.

Anamnezində qeyd olunur ki, pasiyent daha öncə bir neçə tibb müəssisəsinə müraciət etsə də, yanaşı travmaları (döş qəfəsinin küt travması, ağciyərin cırılması və sol tərəfli pnevmotoraks) səbəbindən cərrahi müdaxilənin yüksək riskli olduğu bildirilib.

Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinin həkimi Fuad Əyyubov və rezident Vüsal Əsgərovun iştirakı ilə pasiyentə sağ bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı uğurla icra olunub.

Əməliyyat sonrası interaktiv müalicə prosedurları nəticəsində pasiyentin vəziyyəti stabilləşib va qanaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

TodayPress TV

tag: KTM,endoprotezləşdirmə ,Əməliyyat,Diaqnoz,Todaypress.tv,