Evdə hazırlanan içkilər fəsadlara yol aça bilər
Sağlamlıq
14.08.2025 19:15
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ev şəraitində hazırlanan bəzi meyvə əsaslı içkilər sağlamlıq üçün təhlükəli ola bilər. Xüsusilə albalı, ərik və badamdan istifadə edilən içkilərdə zəhərli maddələrin yaranma ehtimalı var.
TodayPress TV xəbər verir ki, meyvələrin tərkibində olan amigdalin maddəsi parçalandıqda hidrosian turşusu əmələ gətirə bilər ki, bu da orqanizm üçün zərərli sayılır.
Bundan əlavə, evdə hazırlanan içkilər düzgün sterilizasiya edilmədikdə bakteriyalar üçün əlverişli mühit yarada bilər. Eyni zamanda, yüksək şəkər və spirt tərkibi mədə və qan damarları sisteminə mənfi təsir göstərə bilər.
Mütəxəssislər bu cür içkilərin yalnız kiçik porsiyalarla (təxminən 25-30 qram) istehlak edilməsini tövsiyə edirlər və evdə hazırlanarkən gigiyena qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayırlar.
Türkan İsgəndərli
tag: İçki,Badam,Ev,Meyvə,Todaypress.tv,