Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada oldu

Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada oldu
03.10.2025 09:15 Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

TodayPress TV xəbər verir ki, səfər, Nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Nümayəndə heyəti Seulda keçirilən “EdTech 2025” sərgisində iştirak edib, Koreya Müasir İncəsənət Muzeyində maarifləndirici proqramlarla tanış olub. KOCCA – Koreya Mədəniyyət, Məzmun və Yaradıcılıq Agentliyində keçirilən görüşlərdə yaradıcı kontentin beynəlxalq mübadiləsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Proqram çərçivəsində nümayəndələr həmçinin ölkənin aparıcı elm və innovasiya mərkəzi KAIST universitetini ziyarət ediblər. Burada onlara “Startup KAIST” proqramı təqdim olunub, mədəniyyət və texnologiyanın qovşağında həyata keçirilən layihələr barədə məlumat verilib.

Səfər nəticəsində Azərbaycanın yaradıcı sənayelərinin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənəcəyi, gənclər üçün yeni imkanların açılacağı və ölkəmizin kreativ ekosisteminin qlobal trendlərlə zənginləşəcəyi gözlənilir.


TodayPress TV

FOTOLAR

Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada oldu — 1
Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada oldu — 2
Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada oldu — 3
Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada oldu — 4
XƏBƏR LENTİ
31 MAY 2026
test 17:40 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 Bütün Xəbərlər