Türkiyədə narkotik ittihamı üzrə saxlanılan məşhurlar barədə qərar verildi

Türkiyədə narkotik ittihamı üzrə saxlanılan məşhurlar barədə qərar verildi
08.10.2025 22:40 Mədəniyyət

Türkiyədə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində 19 məşhur, o cümlədən İrem Derici, Hadise, Berrak Tüzünataç və Dilan Polat saxlanılıb.

TodayPress TV ”Haber Global" telekanalına istinadən xəbər verir ki, saxlanılanlar ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıblar.

Prosedur başa çatdıqdan sonra məşhurların qan analizlərinin götürülməsi məqsədilə onlar Məhkəmə Tibb Müəssisəsinə göndəriliblər.

Qan nümunələri götürüldükdən sonra, prokurorluğun göstərişi ilə bütün şəxslər sərbəst buraxılıblar.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər