Tom Holland film çəkilişində xəsarət aldı

Tom Holland film çəkilişində xəsarət aldı
22.09.2025 13:55 Mədəniyyət

“Sony” şirkəti, baş rolu oynayan aktyor Tom Hollandın xəstəxanaya yerləşdirilməsi səbəbilə “Hörümçək Adam: Yeni Gün” filminin çəkilişlərini dayandırmaq məcburiyyətində qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Entertainment Weekly” məlumat yayıb.

Hadisə sentyabrın 21-də baş verib. Şotlandiyanın Qlazqo şəhərində başlayan çəkilişlər zamanı aktyor xəsarət alıb və yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Həkimlər Hollandda yüngül beyin silkələnməsi qeydə alıb və zəruri tibbi yardım göstərildikdən sonra onu evə buraxıblar.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər