Sərginin ilk günü vəziyyət necədir? - Naşirlər danışır
“Satış hazırda çox zəifdir. Hətta demək olar ki, yoxdur. Ancaq ola bilsin ki, düzəlsin”.
Bu sözləri TodayPress TV - yə “Park nəşriyyatı”nın direktoru, yazıçı Vüqar Van deyib.
Şair, nəşriyyatın təsisçisi Şəhriyar del Gerani isə vəziyyətin getdikcə düzələcəyini bildirir:
“Ötən illərdə də belə olmuşdu. Bəzən satış zəif olur, bəzən də yaxşı. Nəşriyyat olaraq fəaliyyətimiz yaxşıdır, yeni kitablar və panellərlə çıxış edəcəyik. Sağlıq olsun”.
“Qanun nəşriyyatı”nın redaktoru, yazıçı Şərif Ağayar isə nəşriyyatın adından yayılan bəyanata da aydınlıq gətirib:
“Bir az problem yaranmışdı yer məsələsində, o da həll olundu. Artıq iştirak edirik, vəziyyət yaxşıdır”.
Orxan Saffari