Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi
24.10.2025 23:55 Mədəniyyət

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, bu barədə sənətçinin oğlu Tural Abdullayev ''Qafqazinfo''ya məlumat verib.

Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq:

“Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.

Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər