"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu

"Qələbənin memarı: Cənab Ali Baş Komandan" kitabının təqdimatı oldu
11.07.2026 16:25 Mədəniyyət

Nizami Kino Mərkəzində "Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı kitabının təqdimatı olub.

TodayPress TV xəbər verir ki, keçirilən təqdimatda şəhid və qazi ailələri, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Kitabın müəllifi Aydın Tağıyev Prezident İlham Əliyevin Azərbaycanın xarici siyasətində həyata keçirdiyi diplomatik fəaliyyəti araşdıraraq bu mövzuda kitab qələmə almaqdan məmnunluğunu ifadə edib.

Bildirilib ki, kitab iki hissədən ibarətdir. Hər iki hissədə Azərbaycanın siyasi həyatında baş verən mühüm proseslər təhlil edilir və onların mahiyyətinə işıq salınır.

Çıxışlardan sonra qonaqlar kitab haqqında fikirlərini bildiriblər və müəllif onlar üçün kitab imzalayıb.

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər