“İnnab ağacı” tamaşaçılara təqdim olundu

“İnnab ağacı” tamaşaçılara təqdim olundu
10.10.2025 16:44 Mədəniyyət

Oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında “İnnab ağacı” tamaşasının (Azərbaycan dilində) premyerası oldu.

TodayPress TV xəbər verir ki, teatrın İkinci Dünya Müharibəsində qələbənin 80, əfsanəvi döyüşçü, Azərbaycan xalqının qəhrəman oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyinə həsr etdiyi "İnnab ağacı" tamaşası yeni və tam fərqli səhnə işidir.

Tamaşa müharibə və insan taleyi haqqında həzin portret cizgilərlə zəngindir.

Təsadüfi deyil ki, yetişən nəsillər  qüdrətli sərkərdə, görkəmli hərbi xadim,  tank qoşunları qvardiya general-mayorunun uşaqlıq illərindən, təhsil dövründən, döyüş yolundan anları teatrın sehr dolu təqdimatı ilə izləmiş olurlar. Beləcə nümunəvi ömrü peşəkar teatr prizmasından tamaşaya nail olurlar.

Axı, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında onun müstəsna xidmətləri olub.

Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin ən şanlı səhifələridir. 

Yazıçı-dramaturq Sevinc Nuruqızının eyniadlı pyesi əsasında hazırlanan birhissəli kukla tamaşası “qara kabinet” üslubundadır.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir.

Səhnə işində obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Yusif Baxşəliyev və Araz Həsənli canlandırırlar.

Musiqi tərtibatlı nümunədə unudulmaz qəhrəmanımızın məktubları və haqqındakı xatirələrdən də istifadə olunmaqla verbatim üsluba da nail olunub.

TodayPress TV

FOTOLAR

“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 1
“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 2
“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 3
“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 4
“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 5
“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 6
“İnnab ağacı” tamaşaçılara təqdim olundu — 7
XƏBƏR LENTİ
31 MAY 2026
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 Bütün Xəbərlər