Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi

Dirijor Rauf Abdullayev xəstəxanaya yerləşdirildi
30.10.2025 17:55 Mədəniyyət

Məşhur dirijor, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Bu barədə TodayPress TV – yə dirijorun özü məlumat verib.

O qeyd edib ki, bir neçə gün əvvəl yıxılıb və xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Bakı Sağlamlıq Mərkəzindən isə bildirilib ki, Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.

"Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Rauf Abdullayevin 88 yaşı tamam olur.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər