Cabir İmanovun aktyor dostu: “Adamın inanmağı gəlmir...“

Cabir İmanovun aktyor dostu: “Adamın inanmağı gəlmir...“
30.09.2025 12:24 Mədəniyyət

“Allah Cabirə rəhmət eləsin. Cabiri hər kəs sevirdi. Hər birimizin ürəyində onun ayrı bir yeri var idi”. 

Bu sözləri TodayPress TV-yə aktyor Ramil Babayev deyib.

O, həmçinin bildirib:

“Adamın inanmağı gəlmir ki, belə bir insan həyatda yoxdur. Cabiri şəxsən tanıyanlar da, tanımayanlar da çox istəyirdi. Çünki onun yumorları uşaqdan böyüyə kimi hər kəsin ürəyində idi. Biz də çox pis olmuşuq, adamın inanmağı gəlmir. İtirə-itirə gedirik. Ailəsinə səbr diləyirəm, yeri cənnətlik olsun, çox heyif”.

Xatırladaq ki, əməkdar artist 29 sentyabrda 49 yaşında infarkdan dünyasını dəyişib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər