"AzTV"nin keçmiş sədri vəfat etdi
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, "AzTV"nin keçmiş sədri Məmməd Murad dünyasını dəyişib.
TodayPress TV xəbər verir ki, bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Məmməd Murad 1991-1992-ci illərdə televiziyaya sədrlik edib.