Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olundu

Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olundu
15.10.2025 21:17 Mədəniyyət

14-16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin kulinariya irsini nümayiş etdirmək, onu həm yerli, həm də beynəlxalq auditoriyada tanıtmaqdır.

“Qarabağ Kuboku” Qarabağ mətbəxi, müxtəlif ət məhsullarından hazırlanan ənənəvi və müasir milli mətbəx, həmçinin gənclər və böyüklər üçün komanda yarışları, regional milli qənnadı məmulatlarının sərgisi, Qarabağ mövzusunda qənnadı məmulatlarından hazırlanmış bədii heykəllərin nümayişi və sair istiqamətlər üzrə keçirilib.

Yarışlarda iştirak edən aşpazlar həm fərdi, həm də komanda şəklində çıxış edərək, Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin unikal kulinariya irsini nümayiş etdiriblər.

Peşəkar kulinariya ustalarından, tanınmış qida ekspertlərindən və milli mətbəx üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin rəyi əsasında çempionatın qalibləri “Qarabağ Kuboku”, həmçinin fərdi və komanda nominasiyaları üzrə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, üç gün davam edən tədbir çərçivəsində yerli aşpazlarla yanaşı, Türkiyə və Özbəkistanın tanınmış qastronomiya nümayəndələri tərəfindən ustad dərsləri də təşkil olunub. Ustad dərslərində iştirakçılar, xüsusilə gənc aşpazlar Qarabağ və ümumilikdə Azərbaycan milli mətbəxinin incəlikləri, ənənəvi və müasir kulinariya texnikaları ilə yaxından tanış olub, beynəlxalq təcrübə mübadiləsi aparıblar.

TodayPress TV 

FOTOLAR

Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olundu — 1
Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olundu — 2
Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olundu — 3
XƏBƏR LENTİ
01 IYUN 2026
İstanbulda yaxta [[yandı ]] 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Bütün Xəbərlər